Qarabağ veteranı intihar etdi

17:54 - 21 Oktyabr 2024 - HADİSƏ

Bakıda intihar hadisəsi baş verib.

Ucnoqta.az lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Zəka Xudakərim oğlu Əliyev yaşadığı evdə sirkə turşusu içib.

Təcili xəstəxanaya yerləşdirilən Z.Əliyev orada ölüb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Z.Əliyev I Qarabağ müharibəsi veteranıdır.

Xəbər xətti