Binəqədidən qaçırılan maşın Binədə tapıldı

16:27 - 21 Oktyabr 2024 - HADİSƏ

Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakıxanov qəsəbəsi ərazisindən “Opel” markalı avtomobili qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı Ş.Qarayev müəyyən olunaraq saxlanılıb. 

Ucnoqta.az xəbər verir ki, avtomobil Binə qəsəbəsi ərazisində aşkar olunub.

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Binəqədi qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobil qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı Z.Məmmədov müəyyən olunaraq saxlanılıb. 

Avtomobil M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində aşkar olunub.

Faktlarla bağlı araşdırmalar aparılır

Xəbər xətti