Həmin evlərin söküntüsü dayandırıldı

18:12 - 21 Oktyabr 2024 - Cəmiyyət

Bakının Yasamal rayonu, Alatava 1 qəsəbəsində sakinlər evdə ola-ola söküntü işlərinin aparıldığı ilə bağlı görüntülər yayılıb. 

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinindən Operativ Media-ya bildirilib ki, həmin ərazidə müvafiq icazə sənədləri olmadan söküntü işlərinin aparılması faktı bundan öncə də bir neçə dəfə akşar edilib:

“2024-cü ilin aprel ayından etibarən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində həmin ərazidə müvafiq icazə sənədləri olmadan söküntü işlərinin aparılması faktı bir neçə dəfə akşar edilib. Bu qanunsuz fəaliyyətin dayandırılması istiqamətində lazımi tədbirlərin görülməsi üçün aidiyyəti icra hakimiyyəti orqanlarına rəsmi sorğular göndərilib.

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən görülmüş operativ tədbirlər nəticəsində Alatava yaşayış məntəqəsində başlanılmış özbaşına söküntü işləri bu gün tamamilə dayandırılıb və ərazi ciddi nəzarətə götürülüb”.///Qafqazinfo

Xəbər xətti