SOCAR-ın vəzifəli şəxsi HƏBS EDİLDİ - FOTO

19:08 - 22 Oktyabr 2024 - HADİSƏ

SOCAR Petroleum QSC rəhbərinin sabiq müşaviri, hazırda eyni şirkətdə böyük iqtisadçı vəzifəsində işləyən İlqar Əkbərli həbs edilib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməkdə təqsirli bilinib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İlqar Əkbərli 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, İ.Əkbərli əvvəl xuliqanlıq cinayətinə görə məhkum edilib. Səbail Rayon Məhkəməsi ona 1 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Xəbər xətti