"Ölkə ərazisində yağıntılı hava şəraitinin bu gün günorta saatlarından sonra tədricən kəsiləcəyi gözlənilir".
Bu açıqlamanı Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Oxu.Az-ın sorğusuna cavab olaraq verib.
O qeyd edib ki, respublika ərazisində yağıntılı hava şəraiti davam etməkdədir. socar vakansiya
"Hazırda hansı bölgələrə nə qədər yağıntının düşməsi hesablanır. Bununla bağlı əlavə məlumat veriləcək", - deyə G.Məmmədova bildirib.
Qeyd edək ki, bir neçə gündür ki, ölkə ərazisində hökm sürən yağıntılı hava şəraiti həm bölgələrdə, həm də paytaxtda ciddi fəsadlara yol açıb.