“WhatsApp”da hər kəsin gözlədiyi yeni funksiya

20:39 - 22 Oktyabr 2024 - DİGƏR

"Məşhur WhatsApp messencerində statusla bağlı yeni funksiya olacaq".

Ucnoqta.az xəbər verir ki, bu barədə WABetaInfo portalı məlumat yayıb.

Yeni funksiya sayəsində istifadəçi statusa musiqi əlavə edə biləcək.
Bunun üçün şəkli statusa yüklədikdən sonra axtarışdan istifadə edərək konkret kompozisiya seçib şəkilə əlavə etməlisiniz.

Materialda yeni variantın Instagram sosial şəbəkəsindən gələn fürsəti xatırlatdığı vurğulanıb. WABetaInfo-nun aydınlaşdırdığı kimi, yeni funksiya statusları daha interaktiv və fərdi edəcək.

Xəbər xətti