Ukrayna Fransadan 3 "Mirage 2000" təyyarəsi alacaq

13:10 - 23 Oktyabr 2024 - DÜNYA

Fransa 3 "Mirage 2000-5" təyyarəsinin ilk partiyasını Ukraynaya çatdırmaq qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “La Tribune” yazıb.

Bildirilir ki, onlar SCALP qanadlı raketləri və AASM bombaları ilə silahlanacaqlar.

Parisin Ukraynaya çatdırmaq niyyətində olduğu "Mirage 2000" təyyarələri 2025-ci ilin birinci rübündə təhvil veriləcək.

Xəbər xətti