2027-ci ildə Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

15:03 - 23 Oktyabr 2024 - İDMAN

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2026/27 mövsümündə Çempionlar Liqasının final matçına ev sahibliyi etmək üçün iddialı olan şəhərləri müəyyən edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

2027-ci ilin final oyunu ya Bakıda (Olimpiya Stadionu), ya da Madriddə, "Atletico Madrid"in ev oyunlarını keçirdiyi Wanda Metropolitano stadionunda keçirilməlidir.

Qadınlar arasında Çempionlar Liqasının 2026/27 mövsümünün həlledici matçına Varşava (Milli Stadion), Barselona (Kamp Nou), Bazel (Sent Yakob-Park) və Kardiff (Milli Stadion) iddialıdır. UEFA hər iki oyunun ev sahibini 2025-ci ilin mayında müəyyən edəcək.

Xəbər xətti