Bakıda mağazadan oğurluq edən qadın saxlanılıb

17:00 - 23 Oktyabr 2024 - HADİSƏ

Bakıda mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Nərimanov rayonu ərazisində yerləşən mağazaların birindən 2000 manat dəyərində geyim əşyaları oğurlanıb.

Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon oğurluqda şübhəli bilinən 30 yaşlı qadın müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

Xəbər xətti