Tunel və yollar yağış sularından təmizlənib - VİDEO

18:34 - 23 Oktyabr 2024 - Cəmiyyət

Məlumat verildiyi kimi, güclü yağışların yaratdığı fəsadların aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri və Abşeron rayonu ərazisində müvafiq tədbirlər görülür.

Bu barədə Ucnoqta.az-a nazirlikdən məlumat verilib. 

Bildirilib ki, həyata keçirilmiş tədbirlər nəticəsində müxtəlif istiqamətlərdə, o cümlədən tunel və yolötürücülərində suyun çəkilərək kənarlaşdırılması təmin edilib, bəzi ünvanlarda işlər intensiv şəkildə davam etdirilir.

Xəbər xətti