Ərdoğan BRİKS sammitində iştirak etmək üçün Kazana gəlib

15:56 - 23 Oktyabr 2024 - DÜNYA

Türkiyə prezidenti Rəcəb Ərdoğan Kazanda keçirilən BRİKS sammitinə gəlib.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Türkiyə liderinin təyyarəsi Kazan hava limanına enib.

Sammit çərçivəsində Ərdoğan ikitərəfli görüşlər, xüsusilə Rusiya prezidenti Vladimir Putinlə görüşlər keçirəcək.
Danışıqların əsas mövzusu Rusiya-Türkiyə danışıqları ikitərəfli əməkdaşlıq məsələləri, Ukrayna məsələləri, eləcə də Yaxın Şərqdəki vəziyyətə əsaslanacaq.

Xəbər xətti