İlham Əliyev Kazana getdi (YENİLƏNİB)

12:10 - 23 Oktyabr 2024 - Xəbər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edib.

Ucnoqta.az xəbər verir ki, dövlətimizin başçısının təyyarəsini Kazan Beynəlxalq Hava Limanına enərkən hərbi helikopterlər müşayiət edib.

Kazan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov qarşılayıb.

12:02

Azərbaycan prezidenti İlham Əliyev BRİKS sammitində iştirak etmək üçün Kazana gəlib

Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Xəbər xətti