Livandan İsrailə 25 raket atılıb

12:49 - 23 Oktyabr 2024 - DÜNYA

İsrailin şimalına edilən son hücum dalğasında Livandan İsrailə 25-ə yaxın raket atılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, raketlərdən bəziləri ələ keçirilib.

Hərbçilər qeyd ediblər ki, bu hücumlar səbəbindən Hayfa körfəzi bölgəsində, eləcə də Yuxarı və Mərkəzi Qalileydə hava həyəcanı elan edilib.

Xəbər xətti