Kiyev və Brüssel bütün Avropanı Rusiyailə müharibəyə sürükləməyə çalışır - Orban

14:21 - 23 Oktyabr 2024 - DÜNYA

Kiyev və Brüssel Ukraynanı NATO-ya dəvət etməklə bütün Avropanı Rusiya ilə müharibəyə sürükləmək istəyir, Macarıstan bunu istəmir.

Ucnoqta.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban 1956-cı il Macarıstan qiyamının 68-ci ildönümü ilə əlaqədar ölkə vətəndaşlarına müraciətində deyib.

"Son 70 il ərzində biz indiki kimi yeni dünya müharibəsinə heç vaxt bu qədər yaxın olmamışıq. Avropa liderləri və Brüssel bürokratları Avropanı Ukraynadakı münaqişəyə sürükləyiblər. İndi isə “bütün Avropa İttifaqını Rusiya-Ukrayna müharibəsinə sürükləmək istəyirlər" -Orban qeyd edib.

Baş nazirin sözlərinə görə, bunu Brüsselin Kiyevə hərbi yardımı davam etdirmək niyyəti və Ukrayna prezidenti Volodimir Zelenskinin irəli sürdüyü hərbi plan sübut edir.
Orban xəbərdarlıq edib ki, Zelenskinin qondarma qələbə planının mahiyyəti “Ukraynanı NATO-ya üzv olmağa dəvət etməklə və cəbhə xəttini Rusiya ərazisinə keçirməklə müharibənin miqyasını genişləndirməkdir”.

Xəbər xətti