"Bu mənfur hücumlar biz türk mühəndis, texniki və müdafiə sənayesi işçilərini heç vaxt çəkindirməyəcək"
Ucnoqta.az xəbər verir ki, bunu "Baykar"ın İdarə Heyətinin sədri Selcuq Bayraktar Türk Hava və Kosmik Sənayesi Anonim Cəmiyyətinə qarşı törədilən terror aktı ilə bağlı deyib.
Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar sosial media hesabından verdiyi açıqlamada TAİ-yə xain terror hücumunda şəhid olan qəhrəmanlara Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.
“Bu iyrənc hücumlar bizi, türk mühəndislərini, texniki işçilərini və müdafiə sənayesi işçilərini həyatlarımızı həsr etdiyimiz Milli Müdafiə Sənayesi və Milli Texnologiya Hərəkatı yolunda heç vaxt çəkindirməyəcək. Bu torpaqların gələcəyini quran nəsillər olaraq bundan sonra da vətənimiz, millətimiz üçün qanımız, tərimizlə çalışacağıq.
Bu yolda atdığımız hər addımda şəhidlərimizin əziz xatirəsini daim yaşadacaq, millətimizin qürurunu daim uca tutacağıq.
Heç bir təhlükə, heç bir hücum bizi bu yoldan döndərə bilməz. "Biz heç vaxt və heç vaxt Milli Texnologiya Hərəkatının yolundan dönməyəcəyik."