Həcc zamanı 5 rusiyalı zəvvar ölüb

12:30 - 20 İyun 2024 - DÜNYA

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı dünyasını dəyişən rusiyalı zəvvarların sayı 5-ə yüksəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Ciddədəki Baş Konsulluğunun nümayəndəsi məlumat verib.

Məlumata görə, dünən axşam Rusiyadan daha bir zəvvar ölüb. Beləliklə, Həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına gələn ümumilikdə beş rusiyalı zəvvar dünyasını dəyişib.

Bildirilir ki, Dağıstanda yaşayan beşinci vəfat edən zəvvar ürək və şəkər xəstəliyindən əziyyət çəkirmiş. Onun ölümü kəskin hava şəraiti və fiziki yorğunluq fonunda xroniki xəstəliklərin kəskinləşməsi ilə əlaqədar olub.

Diplomatik nümayəndəliyin nümayəndəsi əlavə edib ki, Həcc ziyarəti zamanı dünyasını dəyişən digər Rusiya vətəndaşları kimi o, Məkkədə dəfn olunacaq.

Xəbər xətti