Qırğızıstan aşağı gəlirli ölkələr kateqoriyasından çıxdı

11:32 - 23 May 2024 - DÜNYA

Qırğızıstan əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa və aşağı gəlirli ölkələr siyahısından çıxmağa nail olub.

Ucnoqta.az xəbər verir ki, bunu Bişkekdə keçirilən “Fintech və Dayanıqlı İnkişaf: Maliyyənin Gələcəyi” beynəlxalq maliyyə forumunda respublikanın Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov deyib.

“Dünya Bankının məlumatına görə, biz aşağı gəlirli ölkələr kateqoriyasından çıxmışıq ki, bu gün adambaşına düşən nominal ÜDM 2 min dollardan çoxdur, paritetlə isə 6,5 min dollara yaxındır”.

Nazirlər Kabinetinin rəhbərinin sözlərinə görə, Qırğızıstanda dövlət artıq iqtisadiyyatda aparıcı qüvvə rolunu öz üzərinə götürüb. 

Xəbər xətti