Sərhədlərin delimitasiyasından imtina eskalasiyaya səbəb olacaq - Paşinyan

11:06 - 18 Aprel 2024 - Xəbər

Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasından imtina etməsi Cənubi Qafqazda yeni eskalasiyaya səbəb olacaq.

Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan həmsərhəd Tavuş vilayətinin Kirants kəndinin sakinləri ilə görüşündə deyib. Söhbətin videoyazısını Baş nazirin mətbuat xidməti yayıb.

“Əgər biz bu addımları atmasaq, mən zəmanət verirəm ki, bölgəmizdə növbəti partlayış olacaq”, - o deyib.

Qeyd edək ki, 1990-cı illərin əvvəlində Qazax rayonunun 7 kəndi Ermənistan tərəfindən işğal edilib.

Xəbər xətti