Qobustanda kişi arvadını öldürüb

11:58 - 2 Mart 2024 - HADİSƏ

Qobustanda kişi arvadını öldürüb, sonra özünə xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Ucnoqta.az-a bildirilib ki, martın 2-də saat 11:30 radələrində Qobustan rayonunda 1982-ci il təvəllüdlü Sadıqova Günel Tahir qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən G. Sadıqovanın həyat yoldaşı, 1973-cü il təvəllüdlü Cabbarov Mürsəl Əlislam oğlu hadisədən sonra özünə xəsarət yetirib. O xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Xəbər xətti