Keniya polisi 20 terrorçunu məhv edib

20:54 - 6 İyul 2023 - DÜNYA

Keniya polisinin elit bölməsi ölkənin şimal-şərqində Somalinin radikal Əl-Şəbab qruplaşmasının 20 silahlısını məhv edib.

Bu barədə cümə axşamı Keniya polisinin sözçüsü Resila Onyanqo məlumat verib.

Onyanqo terrorçuların çoxlu sayda silah və texnikasının ələ keçirildiyini qeyd edib.

Əl-Şəbab yaraqlıları müntəzəm olaraq Somalinin cənub bölgələrindən Keniya ərazisinə sızmağa çalışır, əməliyyat zonalarını genişləndirməyə çalışırlar.///tass

Xəbər xətti