"Mançester Siti"nin hücumçusu "Barselona" ilə müqavilə imzalayıb

20:44 - 9 İyun 2023 - İDMAN

"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan karyerasını "Barselona"da davam etdirəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Diario Sport məlumat yayıb.

Məlumata görə, futbolçu Kataloniya klubu ilə şifahi olaraq 3 illik müqaviləyə razılaşıb. Cari mövsüm başa çatdıqdan sonra Gündoğanın İngiltərə klubu ilə müqaviləsi başa çatır. Bildirilir ki, Gündoğanı "Barselona"ya getməyə Xavi razı salıb. Mütəxəssis alman yarımmüdafiəçiyə əsas heyətdə yer almasına zəmanət verib, həmçinin futbolçunu heç bir klubun "Barselona" ilə müqayisə edə bilməyəcəyinə inandırıb.

Gündoğan ötən mövsüm Premyer Liqada 31 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib. 

Xəbər xətti