Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Kahramanmaraş şəhərində toplantı keçirən zaman zəlzələ olub.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Görüntülərdən məlum olur ki, nazir və digər iclas iştirakçıları zəlzələni hiss edən kimi masanın altında daldalanıblar. Ardınca isə onlar binanı tərk ediblər.