Bakı metrosunda qatarların hərəkətində gecikmələr baş verdi

20:38 - 20 Sentyabr 2022 - Xəbər

Bakı metrosunda Yaşıl və Qırmızı xətlərdə qatarların hərəkətində gecikmələr baş verib.

Bu barədə Ucnoqta.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri məlumat verib.

Məlumata görə, buna səbəb texniki nasazlıq səbəbilə yoldəyişdirici qurğular əllə idarə olunması olub.

Bu səbəbdən hazırda intervaldan əlavə 12 dəqiqə fərq yaranıb.

Xəbər xətti