ABŞ Ukraynaya 322 milyon dollarlıq təmir avadanlığının satışını təsdiqləyib

23:54 - 23 İyul 2025 - DÜNYA

ABŞ Ukraynaya “Bradley” piyada döyüş maşınlarının (IFVs), eləcə də “Hawk Phase III” hava hücumundan müdafiə raket sistemlərinin (SAM) təmiri üçün avadanlıq satışını təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə günü Pentaqon məlumat yayıb.

Məlumata görə, ümumi təxmini dəyəri 150 milyon dollardır.

Daha 172 milyon dollar isə "Hawk Phase III" SAM-ların təmiri üçün lazım olan bütün avadanlıqların dəyəri olacaq. 

Xəbər xətti