Suraxanının suyu kəsildi: Yanğın söndürmək üçün nəzərdə tutulan su sakinlərə satılır

12:12 - 23 İyul 2025 - Cəmiyyət

Bakının Suraxanı rayonunda yanğın söndürmək üçün nəzərdə tutulan suyun sakinlərə satıldığı iddia olunur.

Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə müzakirə mövzusu olub.

İddiaya görə, su maşını yaşayış binasının yaxınlığında təhlükəsizlik məqsədilə quraşdırılmış yanğınsöndürmə şəbəkəsindən su götürür və həmin suyu ehtiyacı olan sakinlərə 30 manat müqabilində satır.

Buna səbəb isə əraziyə uzun müddətdir içməli suyun verilməməsi göstərilir.

Xəbər xətti