Elvin Camalov İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri təyin edilib.
Ucnoqta.az xəbər verir ki, E.Camalov 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Ümumi iqtisadiyyat" ixtisası üzrə bakalavriat, 2011-ci ildə isə magistratura pilləsini bitirib. O, 2019-cu ildə "Davamlı inkişafın idarəedilməsi" ixtisası üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistratura təhsilini başa vurub.
Əmək fəaliyyətinə 2009-cu ildə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi kimi başlayan Elvin Camalov nazirlikdə müxtəlif vəzifələrdə çalışıb. O, 2019-2022-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət şöbəsinin müdir müavini, 2022-2024-cü illərdə isə həmin şöbənin müdiri vəzifəsində işləyib.
Son təyinatadək Elvin Camalov iqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışıb.
O, Azərbaycan Respublikasının Prezidentinin 23 iyun 2020-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.