Kamçatka diyarında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbə verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının teleqram kanalında məlumat verilib.
Xidmətin məlumatına görə, zəlzələ Petropavlovsk-Kamçatskidən 108 kilometr cənub-şərqdə baş verib. Zəlzələnin ocağı 59 kilometr dərinlikdə yerləşib.