Polşa Belarusla sərhəddə “elektron maneə”nin tikintisini başa çatdırıb

00:02 - 24 İyul 2025 - DÜNYA

Polşa Belarusla bütün sərhəd boyu elektron maneə adlanan obyektin - videomüşahidə və hərəkət sensorları olan monitorinq sisteminin tikintisini başa çatdırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TVN24 telekanalının efirində Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Tomaş Siemonyak bildirib.

Nazir bildirib ki, iyulun 20-də sərhədin bütün hissəsi boyunca elektron şlaqbaumun tikintisi başa çatıb - videomüşahidə kameraları və hərəkət sensorları quraşdırılıb.

2022-ci ildə Polşa hakimiyyəti 180 km uzanan hissə boyunca sərhəddə 5,5 m hündürlüyündə metal maneə quraşdırıb.
Divar yuxarıdan tikanlı məftillə örtülmüşdür. Bütün sərhəd boyu hərəkət sensorları və istənilən hava şəraitinə uyğun videokameralar olan postlar quraşdırılıb.

2024-cü ildə bu baryerin müasirləşdirilməsi, eləcə də çaylarda “elektron maneə”nin yaradılması üzrə işlərə başlanılıb.

Xəbər xətti