Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 22-də 25883 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məhv edilən çətənə kollarının ümumi çəkisi 22,6 tondan artıq olub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.