Texas səlahiyyətliləri, ştatı bürüyən kütləvi daşqın nəticəsində itkin düşən 170-dən çox adamın demək olar ki, hamısını tapıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press (AP) Kerr dairəsinin hakimi Rob Kelliyə istinadən məlumat yayıb.
“İtkin düşənlərin əksəriyyəti şəhərə gələn, sonra isə getdikləri yerləri bildirmədən evə qayıdan turistlərdir”, - Kelli bildirib.
İtkin düşmüş şəxslər siyahısından 3 nəfərin taleyi məlum deyil.