Təyyarə qəzasında ölənlərin sayı 27-yə çatdı

07:42 - 22 İyul 2025 - DÜNYA

Banqladeşin paytaxtı Dəkkədə Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 27-yə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə iyulun 21-də Reuters agentliyi ölkənin Səhiyyə Nazirliyinin baş məsləhətçisinin köməkçisi Sayedur Rəhmana istinadən məlumat yayıb.

Təyyarə yaşayış məntəqəsinə çırpılıb, ölənlərin sayı dəqiqləşdirilir.
Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi səhər saatlarında Dəkkədə qəzaya uğrayıb. Təyyarə Milestone Kollecinin girişi yaxınlığında qəzaya uğrayıb və tezliklə alovlanıb.
Qəzaya səbəb mexaniki nasazlıq olub. Daily Star qəzetinin məlumatına görə, hadisə nəticəsində ən azı 19 nəfər ölüb, yaralananların sayı 100-150 arasında dəyişir.

Xəbər xətti