Bakının mərkəzində sökülən məşhur hotelin yerində görün nə tikilir

12:38 - 21 İyul 2025 - Xəbər

Bakının İzmir və Abbasqulu ağa Bakıxanov küçələrinin kəsişməsində yerləşən "Naxçıvan" hotelinin söküntüsü ilə bağlı yeni detallar açıqlanıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə yeni mehmanxana binasının inşası nəzərdə tutulub.

"Yeni binanın tikinti layihəsi aidiyyəti qurumlar tərəfindən razılaşdırma mərhələsindədir", - deyə komitənin cavabında qeyd olunub.

Xəbər xətti