Şotlandiyalı xokkeyçi Qari Kelli İbizada mehmanxanada istirahət edərkən bədbəxt hadisə nəticəsində ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Record nəşri məlumat yayıb.
Kelli otelin balkonundan yıxılaraq dünyasını dəyişib. Hadisə yerinə təcili yardım çağırılsa da, həkimlər idmançıya kömək edə bilməyiblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları vurğulayıblar ki, müşahidə kameraları xokkeyçinin ölümünün bədbəxt hadisə nəticəsində olduğunu göstərir.
Mənbə qeyd edir ki, iki həftə əvvəl Kellinin həmyerlisi Evan Tomson da analoji şəraitdə dünyasını dəyişib.
Təhlükəsizliyin kifayət qədər olmamasına görə tənqid edilən otel rəhbərliyi bütün əyləncə tədbirlərini ləğv edib.