Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin dəstəyi ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi və 22 iyul-Millli Mətbuat Günü münasibətilə Şimal-qərb bölgəsində fəaliyyət göstərən media nümayəndələri ilə görüş keçirilib.
Tədbirdə Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva, idarənin müvafiq struktur bölmə rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan idarə müdiri Günay Mahmudova media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib, təhsilin təbliği və bölgənin təhsil nailiyyətlərinin işıqlandırılmasında göstərdikləri dəstəyə görə onlara təşəkkürünü bildirib. Eyni zamamda İdarə müdiri çıxışında idarənin son bir il ərzində gördüyü işlər – işə qəbul prosesi, müəllimlərin peşəkar inkişafı istiqamətində keçirilən təlimlər, şagird nailiyyətləri, buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələri, eləcə də məktəbəqədər və ümumi təhsil müəssisələrində aparılan təmir-tikinti işləri barədə qısa məlumat verib. İdarə müdiri media ilə qarşılıqlı əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.
Daha sonra çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, onların təhsil sahəsinin işıqlandırılmasında göstərdikləri əvəzsiz xidmətləri yüksək qiymətləndirib. Komtə sədri qeyd edib ki, əsası "Əkinçi" qəzeti ilə qoyulan maarifçilik ideyaları bu gün də təhsilə həssas yanaşan media təmsilçiləri tərəfindən ləyaqətlə davam etdirilir. Komitə sədri həmkarlar ittifaqının fəaliyyətinin cəmiyyətə çatdırılmasında mətbuatın əhəmiyyətli rolunu vurğulayaraq, bütün qələm sahiblərinə uğurlar arzulayıb.
Media nümayəndələri öz növbəsində göstərilən diqqətə görə təşəkkür edib, əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər.
Sonda media nümayəndələrinə Təşəkkürnamə və hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.