ABŞ İranla danışıqlarda davamlı olaraq mövqeyini dəyişir və bu danışıqların məqsədi Tehranın nüvə inkişafı ilə bağlı məsələlərin həllini asanlaşdırmaqdır.
Ucnoqta.az xəbər verir ki, bunu Nyu-Yorkda BMT tədbirlərində iştirak edən İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi deyib.
"Biz hələ də danışıqlar və zənglər üçün müraciətlər alırıq. Biz onları rədd etmirik. Lakin danışıqların ətrafında bəzi məsələlər var. Biz amerikalılarla danışıqların beş raundu keçirmişik. Problemlərdən biri təəssüf ki, amerikalıların mövqeyinin daim dəyişməsidir", - İran xarici işlər nazirinin müavini qeyd edib.
Qaribabadi qeyd edib ki, tərəflərdən birinin bu cür davranışı ilə onlar arasında etimadsızlıq qaçılmaz olaraq davam edəcək.