Tailand və Kamboca sərhədində silahlı toqquşmalar olub

08:21 - 24 İyul 2025 - DÜNYA

Kamboca ilə Tailand arasında mübahisəli sərhəddə silahlı toqquşma baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters agentliyi Kamboca Müdafiə Nazirliyinə və hər iki tərəfin hərbçilərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Tailand və Kamboca arasında silahlı toqquşmalar səhər tezdən başlayıb. 

Eyni zamanda, agentliyin məlumatına görə, hər iki tərəfin hərbçiləri bir-birini ilk atəşləri açmaqda ittiham ediblər.

Tayland ordusunun verdiyi açıqlamaya görə, Kamboca mübahisəli ərazidə yerləşən Ta Moan Thom məbədinin yaxınlığındakı ərazidə atəş açıb. Tayland tərəfi iddia edir ki, Kamboca hərbçiləri kəşfiyyat məqsədilə pilotsuz uçan aparatdan (PUA) istifadə edib, daha sonra isə guya ağır silahlarla bölgəyə qoşun yeritmək niyyətində olublar.

Kamboca Müdafiə Nazirliyinin nümayəndəsi Reuters agentliyinə bildirib ki, krallığın Silahlı Qüvvələri (AF) özünümüdafiə məqsədilə cavab verib.

Xəbər xətti