Tailand qırıcıları Kambocanı yenidən bombaladı

17:34 - 24 İyul 2025 - DÜNYA

Tailand gün ərzində ikinci dəfə sərhəd bölgəsində Kambocanın mövqelərinə zərbələr endirmək üçün qırıcı təyyarələrdən istifadə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Nation” qəzeti Tailand Kral Hərbi Hava Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, yerli vaxtla saat 16:40-da 4 ədəd F-16 qırıcısı əməliyyat həyata keçirib.

Hədəf Tailand-Kamboca sərhədinin mübahisəli bölgəsində yerləşən Tamoanthom məbədinin cənubunda olub. Yerli vaxtla saat 17:00-da bütün döyüş təyyarələri öz bazalarına qayıdıblar.

Xəbər xətti