İlham Əliyev Vladimir Putinə başsağlığı verib

18:28 - 24 İyul 2025 - Xəbər

Azərbaycan Prezidenti İlham Əliyev təyyarə qəzasında çoxsaylı insanın həlak olması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.

Ucnoqta.az xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli Vladimir Vladimiroviç.

Amur vilayətində “An-24” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

Bu faciə ilə əlaqədar olaraq, şəxsən öz adımdan və Azərbaycan xalqı adından Sizə, həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".

Bu gün Rusiyanın Amur bölgəsində içərisində 49 nəfərin olduğu “An-24” təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 49 nəfərin hamısı həlak olub.

Xəbər xətti