Rusiyanın baş naziri Mixail Mişustin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, danışıqlarda Rusiya tərəfdən də baş nazirin müavini Aleksey Overçuk, hökumət aparat rəhbərinin müavini Elmir Tagirov, xarici işlər nazirinin müavini Andrey Rudenko və iqtisadi inkişaf nazirinin müavini Vladimir İliçev iştirak edir.
Qeyd edək ki, Paşinyan Beynəlxalq Ətraf Mühit Konfransında iştirak etmək üçün Rusiyaya iki günlük səfərə gəlib.