ABŞ Ukraynaya 180 milyon dollarlıq hərbi yardımı təsdiqlədi

23:40 - 24 İyul 2025 - DÜNYA

ABŞ Dövlət Departamenti Ukraynaya 180 milyon dollar dəyərində hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Sənəddə bildirilir ki, Ukraynaya avadanlıq və xidmətlərin satışı onun hazırkı və gələcək təhlükələri dəf etmək qabiliyyətini gücləndirməyə xidmət edəcək.

Müqavilənin ümumi dəyəri 180 milyon dollar qiymətləndirilir.

Eyni zamanda, bildirilir ki, satış ABŞ-nin xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq.

Xəbər xətti