Baləkəndə “Mercedes” qəzaya uğrayıb - 2 nəfər ölüb 

13:11 - 24 İyul 2025 - HADİSƏ

Balakəndə yol-nəqliyyat hadisəsini baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Qullar kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dəmir qapıya və başqa bir tikiliyə çırpılıb.

Nəticədə iki nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti