Avtoxuliqanlıq edən sürücü məsuliyyətə cəlb olundu

13:58 - 25 İyul 2025 - AVTO

Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə gecə saatlarında idarə etdiyi “VAZ” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan Vasif Məmmədov saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə V.Məmmədov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılıb.

Xəbər xətti