Cümə günü Atlantik okeanında Madeyra (Portuqaliya) adasındakı Funşal şəhərindən 566 km şimalda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Zəlzələnin maqnitudasını 5,2 bal qiymətləndirib. Məlumata görə, zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Zəlzələnin intensivliyinə əsasən seysmik hadisə “çox güclü” kimi qiymətləndirilir.