Paşinyan Ermənistanın Aİİ-də fəaliyyətini davam etdirəcəyini bildirib

15:13 - 24 İyul 2025 - DÜNYA

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın baş naziri Mixail Mişustinlə bugünkü görüşdə İrəvanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) fəaliyyətini davam etdirməkdə maraqlı olduğunu təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.

"Ümumiyyətlə, Ermənistan - və bu, bu gün də müzakirə olunub - Avrasiya İqtisadi İttifaqında fəaliyyətini davam etdirmək əzmindədir", - o, Ermənistanın Aİ-yə daxil olması perspektivləri ətrafında yaranmış vəziyyəti şərh edərkən deyib.///tass

Xəbər xətti