"250 milyona bina tikdilər, heç köçə də bilmirlər"

14:43 - 24 İyul 2025 - Cəmiyyət

2018-ci ilin aprel ayında, Nazirlər Kabinetinin iclasında dedilər ki, Bakı şəhərinin 80%-i sutkada 24 saat su ilə təmin edilib, yaxın 2-3 ildə bu rəqəm 100% olacaq.

Ucnoqta.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb. İqtisadçı bildirir ki, 2025-ci il, iyul ayı, bu bəyanatdan 7 il keçib, mətbuatda və sosial şəbəkələrdə yayılan məlumlara görə, Bakının bəzi rayonlarında və ətraf qəsəbələrdə günlərlə su gəlmir, ən yaxşı halda sutkada 2 saat su təminatı olur:

"O zamankı adı ilə "Azərsu"-ya tapşırıq verilmişdi ki, Bakının su təminatı 100%-ə çatsın, onlar da gedib özlərinə 250 mln. manata yeni bina tikdilər. Özü də, binaya heç köçə bilmirlər, yəqin binada su gəlmir, yoxsa köçərdilər".

Xəbər xətti