Gürcüstanda aparılan təmirlə əlaqədar iyulun 26-dək Rusiya qazının Ermənistana nəqli dayandırılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə iyulun 24-də “Qazprom-Armeniya” məlumat yayıb.
“Gürcüstan ərazisində Şimali Qafqaz-Zaqafqaziya tranzit qaz kəmərinin Qazax-Saquramo hissəsində (DN 1000) qəzalı təmir işlərinin aparılması zərurəti ilə əlaqədar iyulun 24-ü saat 07:00-dan iyulun 26-sı saat 19:00-dək Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılacaq”, - tədarükçülərin saytında deyilir.
Qeyd olunur ki, bu müddət ərzində qaz təchizatının daxili ehtiyatlar və İran İslam Respublikasından əlavə tədarük hesabına həyata keçirilməsi planlaşdırılır.