Qətl törədən şəxs psixiatriya xəstəxanasına yerləşdiriləcək

15:15 - 20 Sentyabr 2022 - Cəmiyyət

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramil Rəhmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmə Ramil Rəhmanovun psixoloji problemləri olduğu qənaətinə gələrək əməlini 120.1 (qəsdən adam öldürmə) maddəsinə tövsif edib.

İttiham olunan şəxsə həbs cəzası təyin olunmayaraq, Respublika 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı hökm çıxarılıb.

Qeyd edək ki, hadisə 2021-ci ilin aprelində paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, R.Rəhmanov 1994-cü il təvəllüdlü Cavad Allahverdiyevlə mübahisə zəminində onu ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib.

R.Rəhmanova qarşı Cinayət Məcəlləsinin 120.2.2-cü (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.///Apa

Xəbər xətti