Arye Qut vəfat etdi

12:20 - 20 Sentyabr 2022 - Cəmiyyət

Azərbaycanın dostu, tanınmış yəhudi ekspert Arye Qut dünyasını dəyişib.

Ucnoqta.az xəbər verir ki, o, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.

A. Qut 1975-ci ildə Bakıda anadan olub.
A.Qut həm İsrail, həm Azərbaycan mətbuatı ilə fəal şəkildə əməkdaşlıq edib. O, Türkiyə - İsrail münasibətləri, İsrail - Azərbaycan strateji tərəfdaşlığı, Cənubi Qafqazda geosiyasi vəziyyət, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən artıq analitik məqalələrin müəllifidir.

Eyni zamanda İsraildə Azərbaycan diasporunun fəal nümayəndələrindən biri olub. O, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı olub. Vaxtı ilə “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü və təşkilatın mətbuat katibi olub. Bununla yanaşı o, İsrail dövlətində “Justice for Khojaly” beynəlxalq kampaniyasınin rəsmi əlaqələndiricisidir.

2016-cı ildən A. Qut Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərib.

Xəbər xətti