Saratova uçan təyyarə Xəzərə düşdü - 33 nəfərin öldüyü qəzanın TƏFƏRRÜATLARI

Bakıda şiddətli külək və yağış var, 10 addım qabağı görmək mümkün deyil.

Belə hava şəraitində saat 07.42-də Bakı-Saratov reysi ilə uçan İl-14 tipli təyyarə Binə aeroportundan havaya qalxır. Təyyarə yerdən aralandıqdan sonra pilot sol mühərrikdə problem olduğunu deyərək geri qayıtmağa qərar verir. 07.59-da hər 2 mühərrikin kəskin soyuması barədə məruzə edilir. 08.02-də komandir 200 metr yüksəkdə olduğunu bildirir. Məlum olur ki, dumana görə pilotlar aeroportu görməyərək uçuş zolağında yan keçərək dənizin üstü ilə uçurlar. 5 saniyə sonra təyyarədən SOS siqnalı gəlir: “suya enirik”. Əlaqə kəsilir.

Sovet ordusunun Xəzərdəki hərbi gəmiləri dərhal həyəcan siqnalı ilə qaldırılır. Axtarışlar heç bir fayda vermədiyi üçün əməliyyat 3 gün sonra dayandırılır. Xəzər dənizi 5 ekipaj üzvü və 28 sərnişin olmaqla 33 nəfərə məzar olur.

Hadisədən 6 ay sonra hərbi gəmilər təyyarənin qalıqlarını təsadüfən Böyük Zirə adasından 20 km cənubda 23 metr dərinlikdə tapır. Təyyarə sahilə çıxarılsa da, mühərriklərin dayanmasının səbəblərini müəyyən etmək mümkün olmur. ///lent.az

Tarix
18 İyun 2022 [09:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-06-18 09:52:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin