Azərbaycanda polis özünü güllələyərək öldürdü

14:25 - 13 May 2022 - HADİSƏ

Füzulidə polis ehtiyatsızlıqdan özünü silahla vuraraq öldürüb.

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a bildirilib ki, mayın 13-də Füzuli rayon Polis Şöbəsinin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölmüşdür.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.

Xəbər xətti